2009-dan bəri · Bakı

Dadlı Həyatın Fəlsəfəsi

Sənaye, tikinti, zavod və təhsil müəssisələri üçün keyfiyyətli, təhlükəsiz və sərfəli iaşə xidməti.

Şirkət haqqında

Keyfiyyət — əsas prioritetimizdir

“Seaport Catering” MMC şirkəti 2009-cu ildən başlayaraq ictimai iaşə sahəsində fəaliyyət göstərir. Şirkətimiz üçün göstərilən xidmət və yeməklərin keyfiyyəti əsas prioritet istiqamətlərdəndir.

Fəaliyyətimizi qida təhlükəsizliyi və gigiyena sahəsində dünyanın ən nüfuzlu standartı olan HACCP (Hazard Analysis and Critical Control Points) standartına uyğun qurmuşuq.

Bu gün biz Azərbaycanın iaşə bazarında ən nüfuzlu və sürətlə inkişaf edən şirkətlər sırasındayıq. Peşəkarlığımız, ciddi nəzarət edilmiş qida məhsullarımız, yüksək keyfiyyətli xidmətimiz və uğurlu təşkilatçılığımızla özümüzü inamlı iaşə xidməti göstərən şirkət kimi təsdiqləmişik.

2009fəaliyyətə başlama ili
10000+nəfərə gündəlik yemək
3beynəlxalq ISO sertifikatı
HACCPqida təhlükəsizliyi standartı

Standartlar

Beynəlxalq sertifikatlar

Beynəlxalq standartları gündəlik işimizdə tətbiq edirik.

ISO 22000:2018

Qida təhlükəsizliyi

Qida Təhlükəsizliyinin İdarəetmə Sistemi.

ISO 9001:2015

Keyfiyyət

Keyfiyyətin İdarə Olunması Sistemi.

ISO 45001:2018

İş təhlükəsizliyi

İş Sağlamlığı və Təhlükəsizliyi Sistemi.

HACCP

Gigiyena nəzarəti

Təhlükələrin təhlili və kritik nəzarət nöqtələri.

Təcrübəmiz

İlk gündən iaşə sahəsində bilik və təcrübə işimizin əsasıdır. Layihəniz ən təcrübəli yemək komandalarından biri tərəfindən mükəmməl həyata keçiriləcək.

Partnyorlarımız

Gün ərzində sənaye, tikinti, zavod, fabrik və təhsil müəssisələrində çalışan 10.000+ nəfər üçün yemək xidməti göstəririk.

Əhatə dairəmiz

Bakı və rayonlarda 10.000+ insanı yeməklə təmin edirik. Azərbaycanın bir çox bölgəsində mətbəxlərimiz fəaliyyət göstərir.

“Hər layihə biliklərimizə, bacarıqlarımıza və peşəkarlığımıza bir çağırışdır.”

Yeni əməkdaşlıqları və müştərilərimizin tapşırıqlarını həmişə məmnuniyyətlə qarşılayırıq — çünki bu bizə daim irəli getməyə və təkmilləşməyə imkan yaradır.

Bütün fəaliyyətimizə peşəkar mütəxəssislər nəzarət edir; əməkdaşlarımız mütəmadi təlim və kurslarda iştirak edir, iş prosesinin bütün mərhələlərində gigiyena və operativlik gözlənilir.

Niyə Seaport?

Keyterinq — sərfəli, keyfiyyətli və təhlükəsiz

Müəssisələrin keyterinq şirkətləri kimi ərzağı topdan və aşağı qiymətə əldə etmək imkanları yoxdur. Bahalı mətbəx avadanlığı almaq, yeniləmək və nəzarət etmək isə böyük vəsait tələb edir.

Mütəxəssis yoxdursa, ərzağın keyfiyyətinə nəzarət etmək çətindir — iş yerlərində qida zəhərlənmələri məhz buna görə baş verir. Keyterinq ərzaq təhlükəsizliyi deməkdir.

  1. 01Ərzaq təhlükəsizliyi: ISO 22000, ISO 9001, ISO 45001
  2. 02Bir neçə menyu seçmək imkanı
  3. 03Mütəxəssislər tərəfindən ciddi nəzarət edilən məhsullar
  4. 04İaşə sahəsində zəngin bilik və təcrübə
  5. 05Yüksək keyfiyyətli xidmət və peşəkar komanda

Şirkət haqqında təqdimat

Tam təqdimatı PDF formatında yükləyin.

Buradan yükləyin

Əlaqə

Layihənizi müzakirə edək

Zahid Xəlilov küçəsi, 576-cı məhəllə
Bakı, AZ1141; “Renessans Palace” 17-ci mərtəbə

(+994) 50 254 51 64

info@seaport-catering.az

Müraciət formu